Peşə təhsili üzrə 5 yeni proqram hazırlanacaq
Peşə təhsili sahəsində 5 yeni texnoloji proqram hazırlanacaq.
“Azərbaycan müəllimi” xəbər verir ki, bu, "Azərbaycan Respublikasında rəqəmsal iqtisadiyyatın inkişafına dair 2026–2029-cu illər üçün Strategiyası"nda öz əksini tapıb.
Sənəddə qeyd edilib ki, nəticədə texnoloji bacarıqlara malik 500 məzun yetişəcək və əmək bazarına daxil olan tələbələrin sayı davamlı artacaq.


