Peşə təhsili üzrə beynəlxalq təlim iştirakçıları LDU-da olub

15 Oktyabr, 2026 - 10:11
Peşə təhsili üzrə beynəlxalq təlim iştirakçıları LDU-da olub

Lənkəran Dövlət Peşə Təhsil Mərkəzində “Azərbaycan Respublikası Hökuməti və Türkiyə Respublikası Hökuməti arasında bağlanmış peşə təhsili sahəsində əməkdaşlığa dair Protokol” çərçivəsində bu müəssisələrdə çalışan təhsilverənlər üçün beynəlxalq təlim proqramı uğurla davam edir.

"Azərbaycan müəllimi" xəbər verir ki, aqrar ixtisaslar üzrə keçirilən və 12-16 oktyabr tarixlərini əhatə edən 5 günlük intensiv təlimin iştirakçıları proqram çərçivəsində Lənkəran Dövlət Universitetində (LDU) olublar. Səfər zamanı peşəkar təhsilverənlərə universitetin Baytarlıq, Aqrar və Mühəndislik fakültələrində tədris prosesini yaxından izləmək imkanı yaradılıb. 

Təlim iştirakçıları həmçinin LDU-nun müasir baytarlıq klinikasına və aqrar təcrübə təsərrüfatına baş çəkərək buradakı real iş şəraiti və praktiki resurslarla yaxından tanış olublar. Qonaqları universitetin Tədris məsələləri üzrə prorektoru dosent Zaur Məmmədov müşayiət edib və ali təhsil müəssisəsinin elmi-praktiki imkanları barədə onlara ətraflı məlumat verib.