Peşə Təhsili üzrə Dövlət Agentliyi ilə Milli Observatoriya arasında əməkdaşlıq imkanları müzakirə olunub

22 Yanvar, 2026 - 16:29
Peşə Təhsili üzrə Dövlət Agentliyi ilə Milli Observatoriya arasında əməkdaşlıq imkanları müzakirə olunub

Yanvarın 22-də Peşə Təhsili üzrə Dövlət Agentliyində Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya ilə görüş keçirilib.

"Azərbaycan müəllimi" xəbər verir ki, Milli Observatoriyanın təşəbbüsü ilə təşkil olunan görüşün məqsədi agentliklə Milli Observatoriya arasında mümkün əməkdaşlıq istiqamətlərinin müəyyənləşdirilməsi, qarşılıqlı maraq doğuran məsələlərin müzakirəsi və tərəfdaşlığın gücləndirilməsi olub.    

Görüşdə agentliyinin rəhbərliyi və struktur bölmələrinin nümayəndələri, həmçinin Milli Observatoriyanın rəhbərliyi və aidiyyəti struktur bölmələrinin təmsilçiləri iştirak ediblər.

Görüş zamanı Agentliyin direktoru İlqar Bayramlı Peşə Təhsili üzrə Dövlət Agentliyinin əsas fəaliyyət istiqamətləri barədə məlumat verib. O qeyd edib ki, müasir əmək bazarının tələblərinə cavab verən ixtisasların müəyyənləşdirilməsi, peşə təhsilinin keyfiyyətinin artırılması və məzunların məşğulluğunun təmin edilməsi Agentliyin əsas prioritetləri sırasındadır. Bu məqsədlə əmək bazarına dair analitik məlumatların və proqnozların qərarvermə prosesində mühüm rol oynadığı xüsusi olaraq vurğulanıb.

Milli Observatoriyanın İdarə Heyətinin sədri Elnur Səfərli isə çıxışında qurumun fəaliyyəti barədə ətraflı məlumat verib. Bildirilib ki, Milli Observatoriya tərəfindən toplanan və təhlil olunan analitik məlumatlar əmək bazarının real tələblərinin müəyyənləşdirilməsinə, insan kapitalının inkişafına yönəlmiş dövlət proqramlarının daha səmərəli şəkildə formalaşdırılmasına imkan yaradır. Bu baxımdan peşə təhsili sistemi ilə məlumat və təcrübə mübadiləsinin gücləndirilməsinin strateji əhəmiyyət daşıdığı vurğulanıb.

Müzakirələr zamanı əmək bazarının cari və perspektiv tələblərinə uyğun peşə təhsili sisteminin inkişafı, analitik məlumatların və statistik göstəricilərin mübadiləsi, qərarvermə prosesində sübutlara əsaslanan yanaşmaların tətbiqi, həmçinin gələcəkdə birgə layihə və təşəbbüslərin reallaşdırılması imkanları ətrafında fikir mübadiləsi aparılıb.