Peşə təhsilində adambaşına maliyyələşmə üzrə hesabatlar dinlənilib

19 Yanvar, 2026 - 15:50
Peşə təhsilində adambaşına maliyyələşmə üzrə hesabatlar dinlənilib

16 yanvar 2026-cı il tarixində adambaşına maliyyələşmə mexanizmi tətbiq olunan peşə təhsili müəssisələrinin 2025-ci il üzrə Fəaliyyət Planlarının yekun hesabatlarının dinlənilməsi məqsədilə görüş həyata keçirilib.

"Azərbaycan müəllimi" xəbər verir ki, görüşün əsas məqsədi peşə təhsili müəssisələrində fəaliyyətin daha səmərəli təşkili, idarəetmə mexanizmlərinin təkmilləşdirilməsi, həmçinin 2025-ci il üzrə nəzərdə tutulmuş tədbirlərin icra səviyyəsinin hərtərəfli təhlil və qiymətləndirilməsindən ibarət olub.

Müzakirələrdə Peşə Təhsili üzrə Dövlət Agentliyinin rəhbərliyi, aidiyyəti struktur bölmələrin nümayəndələri, həmçinin 17 peşə təhsili müəssisəsini təmsil edən 63 direktor və direktor müavini iştirak edib.

Görüş zamanı adambaşına maliyyələşmə mexanizmi tətbiq edilən peşə təhsili müəssisələri 2025-ci il üzrə fəaliyyətlərinin yekunları və 2026-cı il üçün nəzərdə tutulan prioritet istiqamətlər barədə təqdimatlarla çıxış ediblər. Aparılan müzakirələr tələbə qəbulu prosesinin icra vəziyyəti, daxili keyfiyyət təminatı mexanizmlərinin tətbiqi, elektron idarəetmə sistemlərinin funksionallığı, tədris prosesinin təşkili, işəgötürənlərlə əməkdaşlığın genişləndirilməsi, peşə təhsili müəssisələrinin ictimaiyyətlə əlaqələr və kommunikasiya fəaliyyətinin gücləndirilməsi, məlumatlandırma strategiyalarının təkmilləşdirilməsi, maliyyə fəaliyyətinin səmərəli idarə olunması, o cümlədən büdcədənkənar gəlirlərin artım dinamikasını əhatə edib.

Sonda müəyyən edilmiş hədəflərin yerinə yetirilməsini təmin etmək məqsədilə hər bir müəssisənin fəaliyyət istiqamətləri üzrə konkret tapşırıqlar verilib.