Peşə təhsilinin imkanları "Açıq qapı" günündə nümayiş olunub

7 İyun, 2026 - 15:04
Peşə təhsilinin imkanları "Açıq qapı" günündə nümayiş olunub

İyunun 5-də Emal Sənayesi üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində “Açıq qapı” günü tədbiri yüksək səviyyədə təşkil olunub.

"Azərbaycan müəllimi" xəbər verir ki, tədbirin əsas məqsədi peşə təhsilinin imkanlarını, mərkəzdə tədris olunan ixtisasları, müasir tədris mühitini və tələbələrin əldə etdikləri bilik, bacarıq və nailiyyətləri ictimaiyyətə təqdim etmək olub.

Tədbirdə Peşə Təhsili üzrə Dövlət Agentliyinin nümayəndələri, təhsil ictimaiyyətinin nümayəndələri, məktəb rəhbərləri, müəllimlər, şagirdlər və digər qonaqlar iştirak ediblər.

Qonaqlara mərkəzdə tədris olunan ixtisaslar barədə ətraflı məlumat verilib, tədris emalatxanaları, laboratoriyalar və təlim otaqları ilə yaxından tanış olmaq imkanı yaradılıb. Tədbir çərçivəsində tələbələrin hazırladıqları maketlər, layihələr, əl işləri və yaradıcılıq nümunələri nümayiş etdirilib, iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb.

"Açıq qapı" günü ərzində qonaqlara peşə təhsilinin əmək bazarındakı əhəmiyyəti, məzunların karyera imkanları və istehsalat təcrübəsinin rolu barədə geniş məlumat verilib. Tələbələr öz ixtisasları üzrə qazandıqları bilik və bacarıqları təqdimatlar və praktiki nümayişlər vasitəsilə sərgiləyiblər.

Tədbirin sonunda qonaqlar mərkəzdə yaradılmış müasir tədris şəraitini yüksək qiymətləndirib, tələbələrin peşə hazırlığı səviyyəsini təqdir edib və gələcək fəaliyyətimizdə uğurlar arzulayıblar.