Peşə tələbələri beynəlxalq robot yarışında ölkəmizi təmsil edəcək
Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin tələbələri ölkəmizdə ilk dəfə keçirilən "RobotChallenge Azerbaijan 2026" yarışmasının "Minisumo" kateqoriyasında III yerə layiq görülüblər.
"Azərbaycan müəllimi" xəbər verir ki, final mərhələsinə vəsiqə qazanan "Innoforce" komandası bu uğur nəticəsində Çində keçiriləcək beynəlxalq yarışmada ölkəmizi təmsil etmək hüququ əldə edib.




