Prezident İlham Əliyev: Qardaş dəstəyi bizim üçün xüsusi əhəmiyyətə malikdir

8 Oktyabr, 2026 - 13:35
Prezident İlham Əliyev: Qardaş dəstəyi bizim üçün xüsusi əhəmiyyətə malikdir

"Azərbaycanın azad edilmiş ərazilərinin bərpasında qardaş dəstəyi bizim üçün xüsusi əhəmiyyətə malikdir".

"Azərbaycan müəllimi" xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Türkmənistanın Türkmənbaşı şəhərində Azərbaycan Respublikası və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündə çıxış edərkən deyib.

Dövlət başçısı qeyd edib ki, Özbəkistan artıq Füzulidə Mirzə Uluqbəy adına məktəb, Qazaxıstan Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzi və Qırğızıstan Ağdamda Manas adına məktəb inşa edib.

"Biz bu yardımı çox yüksək qiymətləndiririk",- deyən Prezident İlham Əliyev bunu da əlavə edib ki, son illərdə Azərbaycan-Türkmənistan münasibətləri dinamik şəkildə inkişaf edir:

"Ötən ildən başlayaraq ən yüksək səviyyədə artıq beş səfər həyata keçirilib. Bu, siyasi dialoqumuzun intensivliyini və ikitərəfli əlaqələrimizi daha da gücləndirmək üçün qarşılıqlı niyyətimizi əks etdirir".