Publik hüquqi şəxs statusu alan məktəblərin sayı açıqlandı
Hazırda on məktəb publik hüquqi şəxs statusuna malikdir.
“Azərbaycan müəllimi” xəbər verir ki, bu fikirləri Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini Anar Qədiməliyev bu gün 56 nömrəli məktəbdə təşkil edilən “İnnovativ məktəb – kompleks inkişaf modeli” layihəsinin açılış mərasimində səsləndirib.
O qeyd edib ki, bu say getdikcə artacaq:
“Bu sistem azad idarəetməni təmin edir. İnanırıq ki, məktəblər bu prosesdən daha çox fayda götürəcək. Şagirdlər inkişaf edəcək. Bu mexanizm inzibati yükü azaldacaq və yekunda məktəbin inkişafına gətirəcək”.


