Qabiliyyət tələb edən ixtisaslar üzrə plan yerlərinin sayı AÇIQLANDI
Bu il tam orta təhsil bazası üzrə qabiliyyət imtahanlarında iştirak etmək üçün qeydiyyatdan keçən abituriyentlərin ümumi sayının 2025-ci ildəki 2396 nəfərdən 2026-cı ildə 3332 nəfərə yüksəldiyini (936 nəfərlik və ya 39% artım) müşahidə edilir.
"Azərbaycan müəllimi" xəbər verir ki, bu, Dövlət İmtahan Mərkəzinin orta ixtisas təhsil müəssisələrinə qəbul olmaq üçün keçirilən qabiliyyət imtahanları haqqında statistik məlumatlarında öz əksini tapıb.
Məlumata əsasən, müsbət qiymət alanların qeydiyyatdan keçənlərin sayına olan nisbəti (uğur faizi) 2025-ci ildə 34.52%, 2026-cı ildə 41.1% olub. Bu göstəricilər təsdiq edir ki, müraciət edən abituriyentlərin kəmiyyət artımı özünü keyfiyyət yüksəlişində də büruzə verib.
Burada müvafiq cədvəllərdə ixtisaslar üzrə qeydiyyatdan keçənlərin, imtahana gəlməyənlərin, qeyri-məqbul alanların, müsbət qiymət alanların sayı, həmçinin plan yerləri ilə tanış ola bilərsiniz.
Bu il ümumi orta təhsil bazasında qabiliyyət imtahanlarında iştirak etmək üçün qeydiyyatdan keçən abituriyentlərin ümumi sayı 2025-ci ildəki 2143 nəfərdən 2026-cı ildə 1954 nəfərə qədər azalıb (189 nəfər və ya 8.8% azalma). Müsbət qiymət alanların qeydiyyatdan keçənlərin sayına olan nisbəti (uğur faizi) 2025-ci ildə 53.9%, 2026-cı ildə isə 55.4% olub. Bu dinamika abituriyent sayının azalması fonunda keyfiyyət göstəricilərinin qismən artdığını nümayiş etdirir.
Burada müvafiq cədvəllərdə ixtisaslar üzrə qeydiyyatdan keçənlərin, imtahana gəlməyənlərin, qeyri-məqbul alanların, müsbət qiymət alanların sayı, həmçinin plan yerləri ilə tanış ola bilərsiniz.




