Qadınlar daha çox hansı ixtisaslar üzrə peşə təhsili alırlar?
Qadınların peşə təhsilində iştirakı artıb.
“Azərbaycan müəllimi” xəbər verir ki, bu barədə Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru İlqar Bayramlı media üçün keçirilən brifinqdə məlumat verib.
İ.Bayramlı bildirib ki, qadınların peşə təhsilində iştirakı 2022-ci ildəki 32 faizdən 2025-ci ildə 40 faizə yüksəlib: “Qadınların üstünlük təşkil etdiyi ixtisaslar dayə (100%), laborant mikrobioloq (91.9%), moda dizaynı(91%), geyim üzrə dizayner (90,5%) , saç kəsimi/gözəllik (89.8%), qənnadıçı (88,6%) ixtisaslarıdır.




