QANAD layihəsi çərçivəsində tələbələrlə görüş keçirilib

12 Oktyabr, 2026 - 18:30
QANAD layihəsi çərçivəsində tələbələrlə görüş keçirilib

Oktyabrın 12-də QANAD (Qabiliyyətlərin Aşkarlanması və Növbəti Addımda Dəstək) layihəsi çərçivəsində Bakı şəhərindəki internat məktəblərinin məzunları arasından peşə və orta ixtisas təhsili müəssisələrinə qəbul olunan tələbələrlə görüş keçirilib.

"Azərbaycan müəllimi" xəbər verir ki, görüşdə Peşə Təhsili üzrə Dövlət Agentliyinin (PTDA) və Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin (EATDA) rəhbər heyəti, müvafiq təhsil müəssisələrinin rəhbərləri və əməkdaşları, layihə iştirakçıları və tələbələr iştirak ediblər.

Tədbirdə çıxış edən PTDA-nın direktoru İlqar Bayramlı və EATDA-nın direktoru Ülkər Səttarova tələbələri təbrik edərək yaradılan təhsil imkanlarından səmərəli istifadə etməyin, bilik və bacarıqlarını, eləcə də şəxsi və peşəkar keyfiyyətlərini inkişaf etdirməyin vacibliyini vurğulayıblar. Peşə və orta ixtisas təhsilinin gənclərin əmək bazarına hazırlanmasında və gələcək karyera imkanlarının genişləndirilməsində mühüm rolu qeyd olunub.

Görüşdə təhsil müəssisələrinin rəhbərləri və QANAD layihəsi çərçivəsində qəbul olunan tələbələr də çıxış edərək təəssüratlarını bölüşüb, layihənin əhəmiyyəti və yaratdığı imkanlar barədə danışıblar.

Qeyd edək ki, layihə çərçivəsində Bakı şəhərindəki 12 internat məktəbinə səfərlər təşkil olunub, 500-dən çox şagirdlə görüş keçirilib. Həyata keçirilən maarifləndirmə və peşəyönümü tədbirləri nəticəsində 70-dən çox şagird peşə və orta ixtisas təhsili müəssisələrinə qəbul olunub.

QANAD layihəsinin əsas məqsədi internat məktəblərində təhsil alan şagirdlərin bacarıq və potensiallarının üzə çıxarılmasına, təhsil imkanlarına çıxışının genişləndirilməsinə və gələcək təhsil və karyera seçimlərində dəstəklənməsinə töhfə verməkdir.

Tədbirin sonunda tələbələr təbrik olunub və hədiyyələr təqdim edilib.