Qarabağ Universitetində üçtərəfli görüş formatında əməkdaşlıq perspektivləri müzakirə edilib
Elm və Təhsil Nazirliyi, Baş Prokurorluq və Qarabağ Universiteti arasında üçtərəfli görüş formatında əməkdaşlıq perspektivləri müzakirə edilib.
"Azərbaycan müəllimi" xəbər verir ki, görüşdə Baş Prokurorluğun struktur bölmələri və tabe prokurorluqlarda Qarabağ Universitetinin tələbələri üçün təcrübə və karyera imkanları, prokurorluq əməkdaşları tərəfindən tələbələrə seminar, vebinar və təlimlərin keçirilməsi, aktual mövzular üzrə birgə elmi-tədqiqat işlərin həyata keçirilməsi və digər mövzular ətrafında fikir mübadiləsi aparılıb.


