Qarabağ Universitetinin İncəsənət fakültəsi tarixi binaya köçürüləcək

2 İyun, 2025 - 12:19
Qarabağ Universitetinin İncəsənət fakültəsi tarixi binaya köçürüləcək

“Şuşada yerləşən ən böyük tarixi abidə məhz təhsil məqsədi üçün ayrılıb”.

"Azərbaycan müəllimi" xəbər verir ki, bunu iyunun 2-də Qarabağ Universitetində keçirilən Qarabağ Təhsil və Tərəfdaşlıq Forumunda elm və təhsil naziri Emin Əmrullayev deyib. 

“Biz bunun üçün ölkə rəhbərliyinə təşəkkür edirik”, – deyə nazir vurğulayıb.

O qeyd edib ki, 2026-cı ilin sentyabr ayından Qarabağ Universitetinin İncəsənət fakültəsi fəaliyyətinə məhz həmin tarixi binada – Şuşa Realnı Məktəbinin yerləşdiyi ərazidə davam edəcək. 

Bu addım həm təhsilin inkişafı, həm də Şuşanın mədəni irsinin yaşadılması baxımından mühüm əhəmiyyət daşıyır.

Qarabağ Universitetinin İncəsənət fakültəsi tarixi binaya köçürüləcək