Qarabağ Universitetinin müəlliminin məqaləsi nüfuzlu jurnalda dərc olunub

8 Yanvar, 2026 - 16:06
Qarabağ Universitetinin müəlliminin məqaləsi nüfuzlu jurnalda dərc olunub

Qarabağ Universitetinin Pedaqoji fakültəsinin Biologiya laboratoriyasının müdiri, biologiya üzrə fəlsəfə doktoru Səbinə Cəfərzadənin həmmüəllifliyi ilə hazırlanmış elmi məqalə "Scopus" indeksli və Q2 kvartilli “International Journal of Agriculture and Biosciences” jurnalında nəşr edilib.

Universitetdən "Azərbaycan müəllimi"nə verilən məlumata görə, “A Targeted Fungal Bioconversion Strategy for Renewable Plant Waste: Solid State Fermentation with Pleurotus ostreatus (MBI-2022) and Residual Biomass Valorization with Trichoderma spp.” adlı məqalədə bitki tullantılarının biokonversiyası sahəsində innovativ və məqsədyönlü elmi yanaşma təqdim olunub.

Tədqiqat çərçivəsində ekoloji cəhətdən təhlükəsiz və davamlı biotexnoloji metodlardan istifadə edilərək bitki mənşəli tullantıların göbələk əsaslı bərk fazalı fermentasiya yolu ilə dəyərli məhsullara çevrilməsi imkanları araşdırılıb. Bu prosesdə Pleurotus ostreatus və Trichoderma növlərinin tətbiqi ilə tullantı biokütləsinin dəyərli məhsullara çevrilməsi imkanları araşdırılıb.

Elmi işdə bitki tullantılarının ətraf mühitə mənfi təsirinin azaldılması, resurslardan səmərəli istifadə və dairəvi bio-iqtisadiyyatın inkişafı baxımından mühüm elmi nəticələr əldə edilib. Tədqiqat nəticələri ekoloji dayanıqlığın təmin olunması və yaşıl texnologiyaların tətbiqi sahəsində aktual elmi-praktik əhəmiyyət daşıyır.