Qarabağ Universitetinin müəllimləri dünyanın nüfuzlu universitetindən məzun olublar

22 May, 2026 - 15:25
Qarabağ Universitetinin müəllimləri dünyanın nüfuzlu universitetindən məzun olublar

Qarabağ Universitetinin Beynəlxalq Dil Mərkəzinin müəllimləri Səbinə Babayeva, Arzu Bayramova və Turə Müzəffəri Həqiqi dünyanın ən nüfuzlu ali təhsil ocaqlarından olan London Universitet Kollecinin məzunu olublar. 

"Azərbaycan müəllimi" xəbər verir ki, müəllimlər universitetin “Assessment” (Qiymətləndirmə) proqramını uğurla tamamlayaraq diplomlarını alıblar.