Qarabağ Universitetinin nümayəndələri Bakı Ali Neft Məktəbində olublar
Qarabağ Universitetinin nümayəndələri Bakı Ali Neft Məktəbində (BANM) olublar.
Universitetdən “Azərbaycan müəllimi”nə bildirilib ki, rektor Elmar Qasımov ilə keçirilən görüşdə iki ali təhsil müəssisəsi arasında potensial əməkdaşlıq imkanları müzakirə edilib.
Sonda Qarabağ Universitetinin nümayəndələri BANM-in tədris prosesi, laboratoriyaları və müasir infrastruktur imkanları ilə tanış olublar.



