Qarabağda 243 uşaq məktəbəqədər təhsilə cəlb ediləcək

11 Sentyabr, 2025 - 10:59
Qarabağda 243 uşaq məktəbəqədər təhsilə cəlb ediləcək
Qarabağda 243 uşaq məktəbəqədər təhsilə cəlb ediləcək

Azad edilmiş ərazilərdə 243 uşaq məktəbəqədər təhsilə cəlb ediləcək.

"Azərbaycan müəllimi" xəbər verir ki, bu barədə elm və təhsil naziri Emin Əmrullayev media üçün keçirilən brifinqdə məlumat verib.

Nazir qeyd edib ki, yeni tədris ilində 7 məktəbəqədər təhsil müəssisəsi fəaliyyət göstərəcək.

Həmin müəssisələrdə 82 nəfər çalışacaq.