Qarabağda 500 şagird buraxılış imtahanında 200-dən çox bal toplayıb

24 Aprel, 2026 - 16:15
Qarabağda 500 şagird buraxılış imtahanında 200-dən çox bal toplayıb

15 mart tarixində keçirilmiş buraxılış imtahanında Qarabağ regionu üzrə 500 şagird 200 baldan yüksək nəticə göstərib.

Qarabağ Regional Təhsil İdarəsindən “Azərbaycan müəllimi”nə verilən məlumata görə, onlardan 3 nəfəri - Füzuli (1 nəfər) və Ağcabədi (2 nəfər) məktəbliləri yüksək nəticə göstərərək 293 bal toplayıb.

Qeyd edək ki, ötən imtahan nəticələrinə əsasən də hər iki bölgə yüksək göstəricilərinə görə fərqlənmişdi.