Qarabağda təhsilin inkişafına dair müzakirə görüşü keçirilib

21 Sentyabr, 2026 - 11:20
Qarabağda təhsilin inkişafına dair müzakirə görüşü keçirilib

Qarabağ Universitetinə dəstək məqsədilə Təhsilin İnkişafı Fondu (TİF) ilə Veysəloğlu Şirkətlər Qrupu arasında tərəfdaşlıq müqaviləsi imzalanıb.

“Azərbaycan müəllimi” xəbər verir ki, görüşdə TİF-in İdarə Heyətinin sədri Nicat Məmmədli, Qarabağ Universitetinin rektoru Şahin Bayramov, Qarabağ Dirçəliş Fondunun (QDF) İdarə Heyətinin sədri Rəhman Hacıyev, Veysəloğlu Şirkətlər Qrupunun təsisçisi və icraçı direktoru Aydın Veysəloğlu, eləcə də tərəflərin nümayəndələri iştirak ediblər.

Görüş çərçivəsində Qarabağ Universitetinin inkişafına dəstək, tələbələr üçün təqaüd imkanlarının genişləndirilməsi, mövcud layihələrin davam etdirilməsi və yeni əməkdaşlıq istiqamətləri müzakirə olunub.

Açılış nitqi ilə çıxış edən TİF-in İdarə Heyətinin sədri Nicat Məmmədli Qarabağ Universitetinin tələbələrinin dəstəklənməsi istiqamətində tərəfdaşlarla birgə həyata keçirilən layihələrdən danışıb. O bildirib ki, mövcud təqaüd proqramlarının davam etdirilməsi və genişləndirilməsi ilə yanaşı, yeni layihələrin reallaşdırılması imkanları da nəzərdən keçirilir. N.Məmmədli qeyd edib ki, bu əməkdaşlıq tələbələr üçün yeni imkanların yaradılmasına, eləcə də universitetin inkişafına töhfə verəcək.

QDF-in İdarə Heyətinin sədri Rəhman Hacıyev Qarabağda təhsil layihələrinin dəstəklənməsinin Fondun prioritet istiqamətlərindən biri olduğunu qeyd edib. O, təqaüd proqramları ilə yanaşı, gənclərin inkişafına xidmət edən yeni layihələrin dəstəklənməsinin əhəmiyyətini vurğulayıb.

Veysəloğlu Şirkətlər Qrupunun təsisçisi və icraçı direktoru Aydın Veysəloğlu isə keyfiyyətli insan kapitalının formalaşmasında təhsilin rolundan danışıb. O bildirib ki, təhsilə dəstək və təhsil müəssisələri ilə əməkdaşlıq şirkətin fəaliyyət istiqamətlərindən biridir.

Qarabağ Universitetinin rektoru Şahin Bayramov çıxışında universitetə göstərilən dəstəyin əhəmiyyətini vurğulayıb. Qeyd edib ki, tərəfdaşlarla tələbələrin təqaüd proqramları vasitəsilə dəstəklənməsi, yeni layihələrin həyata keçirilməsi və innovativ təşəbbüslərin inkişaf etdirilməsi istiqamətində müzakirələr aparılıb. Rektor bildirib ki, tərəfdaş qurumlar universitet fəaliyyətə başladığı ilk gündən onun inkişafına dəstək göstərirlər. Ş.Bayramov əldə olunan razılaşmaların universitetin strateji hədəflərinə çatmasına töhfə verəcəyini vurğulayıb.

Görüşün sonunda Qarabağ Universitetinə dəstək məqsədilə Təhsilin İnkişafı Fondu ilə Veysəloğlu Şirkətlər Qrupu arasında tərəfdaşlıq müqaviləsi imzalanıb.

Müqavilə çərçivəsində göstəriləcək dəstək Qarabağ Universitetinin inkişafına, tələbələr üçün daha əlverişli imkanların yaradılmasına və universitetin təhsil potensialının gücləndirilməsinə töhfə verəcək.

Qarabağda təhsilin inkişafına dair müzakirə görüşü keçirilib
Qarabağda təhsilin inkişafına dair müzakirə görüşü keçirilib
Qarabağda təhsilin inkişafına dair müzakirə görüşü keçirilib
Qarabağda təhsilin inkişafına dair müzakirə görüşü keçirilib
Qarabağda təhsilin inkişafına dair müzakirə görüşü keçirilib
Qarabağda təhsilin inkişafına dair müzakirə görüşü keçirilib