Qəbələ Dövlət Peşə Təhsil Mərkəzi tərəfindən peşəyönümü fəaliyyətlər davam etdirilir

8 Aprel, 2026 - 11:40
Qəbələ Dövlət Peşə Təhsil Mərkəzi tərəfindən peşəyönümü fəaliyyətlər davam etdirilir

Peşəyönümü işlərinin davamı olaraq mərkəzin mühəndis-pedaqoji heyəti Qəbələ rayonunun Bum qəsəbəsi, Qəmərvan, Həmzəlli, Nohurqışlaq, Yengicə, Tikanlı, Abrıx, Xırxatala  kəndlərində yerləşən ümumtəhsil məktəblərində şagirdlərlə maarifləndirici görüşlər keçirib.

"Azərbaycan müəllimi" xəbər verir ki, görüşlər zamanı şagirdlərə müasir dövrdə peşə təhsilinin əhəmiyyəti, əmək bazarında peşə sahiblərinə artan tələbat, həmçinin peşə təhsilinin gənclərin gələcək karyera imkanlarının formalaşmasında rolu barədə ətraflı məlumat verilib. Bununla yanaşı, mərkəzdə tədris olunan ixtisaslar, mövcud tədris və praktiki imkanlar, qəbul qaydaları barədə təqdimatlar keçirilib, iştirakçılara məlumatlandırıcı bukletlər paylanılıb.

Eyni zamanda Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin fəaliyyəti, müasir emalatxanalar, dəzgahlarla təchiz olunmuş praktiki tədris mühiti, tədris otaqları və müxtəlif işəgötürən müəssisələrlə qurulan səmərəli əməkdaşlıq haqqında da geniş məlumat verilib.

Görüşlərin sonunda şagirdləri maraqlandıran suallar cavablandırılıb, onlara düzgün peşə seçimi ilə bağlı faydalı tövsiyələr təqdim olunub.

Qəbələ Dövlət Peşə Təhsil Mərkəzi tərəfindən peşəyönümü fəaliyyətlərinin təşkili və peşə təhsilinin təbliği istiqamətində işlər ardıcıl olaraq davam etdirilir.