Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində təhlükəsizlik mövzusunda açıq dərs keçirilib
Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində “Elektrik və Yanğın Təhlükəsizliyi” mövzusunda maarifləndirici açıq dərs keçirilib.
"Azərbaycan müəllimi" xəbər verir ki, təlimdə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları və texniki ixtisaslar üzrə təhsil alan tələbələr iştirak ediblər.
Təlimin məqsədi tələbələrə elektrik və yanğın təhlükəsizliyi, zədələnmə hallarında ilkin tibbi yardım, müvafiq normativ sənədlər və profilaktik tədbirlər barədə praktiki və nəzəri biliklərin aşılanması olub.
Təlimdə elektrik zədələnmələri və təsirləri, ilkin tibbi yardımın göstərilməsi, elektrikdən mühafizə vasitələri ilə tanışlıq, yanğın növləri və söndürmə vasitələri, FHN-in qaynar xətti və müraciət prosedurları izah olunub.
Tədbirin sonunda süni yanğın mənbəyi yaradılıb və yanğının söndürülməsi prosesi praktiki şəkildə nümayiş etdirilib.
Bu tip maarifləndirici təlimlər tələbələrin təhlükəsizlik biliklərini artırmaqla yanaşı, real situasiyalara hazırlıqlarını da gücləndirir.



