Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin tələbələri intellektual yarışın qalibi olublar

23 Aprel, 2026 - 12:17
Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin tələbələri intellektual yarışın qalibi olublar

Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin tələbələri Göyçayda keçirilən intellektual yarışda yüksək nəticə göstərərək 1-ci yerə layiq görülüblər.

"Azərbaycan müəllimi" xəbər verir ki, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin maliyyə dəstəyi ilə həyata keçirilən “Mədəni nəsil – Davranış kodu” layihəsi çərçivəsində region gəncləri üçün maarifləndirici təlimlər və intellektual yarışlar təşkil olunub.

Layihə gənclər arasında etik davranış qaydalarının təbliği, düzgün ünsiyyət bacarıqlarının inkişafı, ictimai münasibətlərdə məsuliyyətli yanaşmanın formalaşdırılması və mədəni dəyərlərin aşılanmasına xidmət edir. Eyni zamanda, keçirilən intellektual yarışlar iştirakçıların məntiqi düşünmə və komanda işi bacarıqlarını daha da gücləndirir.

Qəbələ rayonunda keçirilən seçim mərhələsində fərqlənən iştirakçılar növbəti mərhələdə iştirak hüququ qazanaraq Göyçay rayonunda keçirilən final mərhələsində iştirak ediblər.

Qürurverici haldır ki, Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin tələbələri Göyçay rayonunda keçirilən intellektual yarışda yüksək nəticə göstərərək 1-ci yerə layiq görülüblər.