Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin yataqxanasına qeydiyyat başlayıb

21 Avqust, 2025 - 13:01
Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin yataqxanasına qeydiyyat başlayıb
Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin yataqxanasına qeydiyyat başlayıb

Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin yataqxanasında tələbələr üçün qeydiyyat prosesinə start verilib.

“Azərbaycan müəllimi” xəbər verir ki, mərkəzin yataqxanası gənclərə həm rahat, həm də təhlükəsiz yaşayış şəraiti təklif edir. Burada tələbələrin asudə vaxtını və tədrisini dəstəkləyən bir sıra imkanlar yaradılıb:
 – kitabxana və oxu zalı
– sürətli internet
– 7/24 kamera nəzarəti
– çamaşır otağı
–  idman meydançası
–  film saatı
– mətbəx və yeməkxana xidməti

Otaqlar 2, 4 və 6 nəfərlikdir.

Qeydiyyat artıq açıqdır və tələbələrə yerlərini əvvəlcədən təmin etmək imkanı yaradılıb.
Qeydiyyat və ödəniş şərtləri ilə ətraflı tanış olmaq üçün buraya keçid edin: https://shorturl.at/vPZ03