Qəbələ Peşə Mərkəzində kənd təsərrüfatı üzrə təlim keçirilib
Peşə təhsili müəssisələrində çalışan təhsilverənlərin bilik və bacarıqlarının artırılması məqsədilə təşkil olunan silsilə ixtisasartırma proqramları davam edir.
"Azərbaycan müəllimi" xəbər verir ki, proqramın növbəti mərhələsi Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində kənd təsərrüfatı istiqaməti üzrə həyata keçirilib.
Təlim zamanı iştirakçılara müasir kənd təsərrüfatı texnologiyaları, innovativ yanaşmalar və praktik bacarıqlar üzrə biliklər təqdim olunub. Məqsəd təhsilverənlərin peşə hazırlığını gücləndirmək və bu sahədə tədrisin keyfiyyətini artırmaqdır.



