Qəbələ peşə mərkəzində maarifləndirici seminar keçirilib
Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində “Enneagram insan tanıma modeli ilə özümüzə səyahət” mövzusunda maarifləndirici seminar keçirilib.
Mərkəzdən "Azərbaycan müəllimi"nə verilən məlumata görə, seminar "Enneagram" insan tanıma modeli üzrə məsləhətçi, "Enneagram Academy Azerbaijan" səhifəsinin qurucusu və danışıq üzrə ingilis dili müəllimi Sadiq Cabbarlı tərəfindən aparılıb. Tədbirin məqsədi iştirakçıların insan davranışlarını daha dərindən anlamaq, fərdi xüsusiyyətləri tanımaq və özünü dərk bacarıqlarını inkişaf etdirmək olub.
Seminar zamanı "Enneagram" modelinin əsas prinsipləri, insan şəxsiyyətinin doqquz tipi, onların güclü və zəif tərəfləri, stres və motivasiya mexanizmləri müzakirə edilib. İştirakçılara davranış modellərini tanımaq, emosional reaksiyaları idarə etmək və ünsiyyətdə daha effektiv olmaq üçün praktiki tövsiyələr verilib.



