Qəbələ Peşə Mərkəzinin tələbələri kulinariya yarışında birincilik qazanıblar
Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin tələbələri Gənc Kulinarların VI Respublika Çempionatında birincilik əldə ediblər.
Mərkəzdən "Azərbaycan müəllimi"nə bildirilib ki, Milli Kulinariya Assosiasiyasının 40 illiyi münasibətilə keçirilən yarışda Qəbələ Dövlət Peşə Təhsil Mərkəzi ”Region paxlavası” nominasiyası üzrə birinci yerə layiq görülüb.


