Qəbələ və Beyləqan peşə təhsili müəssisələri əməkdaşlıq edəcək

19 May, 2026 - 10:28
Qəbələ və Beyləqan peşə təhsili müəssisələri əməkdaşlıq edəcək

Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinə Beyləqan Peşə Məktəbinin heyəti və tələbələri təlim, təcrübə, əməkdaşlıq səfəri ediblər.

"Azərbaycan müəllimi" xəbər verir ki, səfər çərçivəsində Beyləqan Peşə Məktəbi ilə Qəbələ Dövlət Peşə Təhsil Mərkəzi arasında əməkdaşlıq haqqında anlaşma memorandumu imzalanıb. Memorandum peşə təhsili sahəsində qarşılıqlı əməkdaşlığın gücləndirilməsi, təcrübə mübadiləsinin aparılması, birgə layihələrin həyata keçirilməsi və tələbələrin peşə bacarıqlarının inkişafına dəstək məqsədi daşıyır.

İnfotur zamanı qonaqlara mərkəzdə tədris olunan ixtisaslar, təhsil prosesi və tələbələr üçün yaradılmış şərait haqqında ətraflı məlumat verilib. Onlar mərkəzin infrasturukturu və maddi-texniki bazası ilə tanış olub, emalatxanalara, laboratoriyalara və tələbələrin əl işlərindən ibarət sərgiyə baxış keçiriblər. Həmçinin tələbələr üçün yaradılmış praktiki təlim mühiti və istehsalat təcrübəsi imkanları qonaqlar tərəfindən maraqla qarşılanıb.

Daha sonra Beyləqan Peşə Məktəbinin və Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin tələbələrinin hazırladıqları bədii proqram təqdim olunub. Tədbir çərçivəsində səsləndirilən musiqi nömrələri, rəqs və səhnəciklər iştirakçılar tərəfindən maraqla qarşılanıb.