Qəbələdə Gənclər Günü münasibətilə forum keçirilib

30 Yanvar, 2026 - 09:56
Qəbələdə Gənclər Günü münasibətilə forum keçirilib

Qəbələdə 2 Fevral - Gənclər Günü münasibətilə "CareerLAB" şəbəkəsi çərçivəsində forum keçirilib.

"Azərbaycan müəllimi" xəbər verir ki, tədbirin rəsmi hissəsində Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin direktoru Qalib Nəbiyev, Şəki-Zaqatala Regional Gənclər və İdman İdarəsinin rəisi Ramiz Mahmudov, Qəbələ rayonu üzrə Təhsil Sektorunun müdiri Arifə Bayramova və Gənclərin İnkişaf və Karyera Mərkəzinin Dağlıq Şirvan regional nümayəndəliyinin Qəbələ bölməsinin mütəxəssisi Teymur Alşanov çıxış edərək Gənclər Gününün əhəmiyyətindən, gənclər üçün həyata keçirilən layihə və fəaliyyətlərdən bəhs ediblər.

Nərmin Cabbarlının moderatorluğu ilə keçirilən panel müzakirəsi “Region gənclərinin inkişafı və karyera imkanları: dövlət, təhsil, könüllülük və təcrübə mexanizmləri” mövzusuna həsr olunub.

Panel spikerləri: Şəki-Zaqatala Regional Gənclər və İman İdarəsinin rəisi Ramiz Mahmudov, Qəbələ Heydər Əliyev Mərkəzinin direktoru Kəmalə Qasımova, Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin təhsilalanlarla iş şöbəsinin müdiri Əhməd Əhmədli, Qəbələ regional “ASAN xidmət” mərkəzinin baş mütəxəssisi Şahlar Eyyubov olub.

Spikerlər aşağıdakı mövzular ətrafında çıxış ediblər:
- Region gənclərinin inkişafında dövlət mexanizmləri;
- Ulu Öndər Heydər Əliyev tərəfindən Gənclər Gününün təsis edilməsi;
- Regionlarda peşə təhsilinin rolu və əhəmiyyəti;
- Gənclərin könüllülük fəaliyyətinə cəlbi və ASAN Könüllüləri modeli.

Sonda gənclərin sualları spikerlər tərəfindən cavablandırılıb, bir qrup fəal gənc fəxri fərman və təşəkkürnamələrlə təltif olunub. 

Qeyd edək ki, forum Gənclərin İnkişaf və Karyera Mərkəzinin təşkilatçılığı ilə, Azərbaycan Respublikasının Gənclər Fondu, Şəki-Zaqatala Regional Gənclər və İdman İdarəsi, Qəbələ Dövlət Peşə Təhsil Mərkəzi və Qəbələ regional “ASAN xidmət” mərkəzinin tərəfdaşlığı çərçivəsində həyata keçirilib.