Qəbələdə "açıq dərs"lərin keyfiyyəti müzakirə olunub

15 Aprel, 2026 - 16:58
Qəbələdə "açıq dərs"lərin keyfiyyəti müzakirə olunub

Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində “Keçirilmiş "açıq dərs"lərin keyfiyyət göstəricilərinin müzakirəsi və qiymətləndirilməsi” mövzusunda görüş təşkil olunub.

"Azərbaycan müəllimi" xəbər verir ki, görüşdə uğurla "açıq dərs" keçirmiş müəllimlər, təcrübə qazanmaq istəyən pedaqoji heyət üzvləri və rəhbərlik nümayəndələri iştirak ediblər. Tədbirin əsas məqsədi "açıq dərs"lərin təşkili və keçirilməsi təcrübəsinin təhlili, keyfiyyət göstəricilərinin qiymətləndirilməsi və bu sahədə qabaqcıl təcrübələrin paylaşılması olub.

Direktor müavini tərəfindən müşahidə edilmiş "açıq dərs"lər üzrə ümumi qiymətləndirmə təqdim edilib, dərslərin güclü tərəfləri və inkişaf etdirilməsi zəruri olan məqamlar diqqətə çatdırılıb. Bununla yanaşı, “"Açıq dərs"lər necə təşkil olunmalıdır?” mövzusunda təqdimat keçirilib, "açıq dərs"lərin planlaşdırılması, müasir tədris metodlarının tətbiqi, qiymətləndirmə meyarları və effektiv geribildirim mexanizmləri barədə ətraflı məlumat verilib.

Görüş çərçivəsində müəllimlər öz təcrübələrini bölüşərək uğurlu dərs nümunələrini təqdim ediblər. Tədbirdə "açıq dərs"lərin real tədris mühitinə uyğun təşkili, tələbələrin dərsə aktiv cəlb olunması və praktik yönümlü yanaşmaların tətbiqinin əhəmiyyəti xüsusi vurğulanıb.

Sonda "açıq dərs"lərin keyfiyyətinin artırılması istiqamətində bir sıra tövsiyələr irəli sürülüb. Qeyd olunub ki, "açıq dərs"lərin planlı təşkili, obyektiv qiymətləndirmə və mütəmadi təhlil görüşləri tədrisin davamlı inkişafına mühüm töhfə verir.