Qəbələdə ekoloji problemlərin həlli yolları müzakirə olunub

21 May, 2026 - 09:56
Qəbələdə ekoloji problemlərin həlli yolları müzakirə olunub

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin tabeliyində olan Qəbələ Uşaq və Ailələrə Dəstək Mərkəzi və Gənclərin İnkişaf və Karyera Mərkəzinin (GİKM) Dağlıq Şirvan regional nümayəndəliyinin Qəbələ bölməsinin birgə təşkilatçılığı ilə 19 may 2026-cı il tarixində Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində “Ekoloji məlumatlılıq” mövzusunda tədbir keçirilib.

"Azərbaycan müəllimi" xəbər verir ki, görüşdə Qəbələ Uşaq və Ailələrə Dəstək Mərkəzinin direktoru Nərmin Cabbarlı, sosial iş üzrə mütəxəssis Günel Ağayeva, GİKM-ın Qəbələ bölməsinin mütəxəsissi Teymur Alşanov, Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin müəllim və tələbələri iştirak ediblər.

Mərkəzin direktoru Nərmin Cabbarlı mövzu haqqında çıxış edərək qeyd edib ki, iqlim dəyişilikləri, havanın çirklənməsi, meşələrin azalması və su ehtiyatların tükənməsi artıq dünyanın hər yerində ciddi problemlərə çevrilib. Təbiətə vurulan hər bir zərər əslində insan həyatına vurulan zərərdir.

Bu gün istifadə etdiyimiz suyun, nəfəs aldığımız havanın və yaşadığımız mühitin təmiz qalması üçün hər birimizin üzərinə böyük məsuliyyət düşür. Bəzən kiçik hesab etdiyimiz addımlar –plastik tullantılardan az istifadə etmək, ağac əkmək, enerjiyə qənaət etmək, ətrafı təmiz saxlamaq  gələcəyimiz üçün böyük dəyişikliklər yarada bilər. Əgər bu gün təbiəti qorumasaq, sabah daha ciddi ekoloji  problemlərlə qarşılaşacağıq. Gəlin, təbiəti  sevək və onu birlikdə qoruyaq. Çünki sağlam gələcək sağlam ətraf mühitdən başlayır.

Tədbir çərçivəsində iştirakçılarla birlikdə təbiətin qorunması, resurslardan səmərəli istifadə və ekoloji problemlərin həlli yolları barədə maraqlı müzakirələr aparılıb. Həmçinin çıxış edənlər ekoloji məlumatlılığın artırılması və ətraf mühitin qorunmasının cəmiyyət üçün əhəmiyyəti barədə danışılıb.

Gələcək nəsillərə daha təmiz ,daha yaşıl və yaşanıla bilən bir dünya qoymaq hər birimizin mənəvi borcudur.

Qəbələdə ekoloji problemlərin həlli yolları müzakirə olunub
Qəbələdə ekoloji problemlərin həlli yolları müzakirə olunub
Qəbələdə ekoloji problemlərin həlli yolları müzakirə olunub
Qəbələdə ekoloji problemlərin həlli yolları müzakirə olunub