Qəbələdə memarlıq ənənələrinin təbliğinə həsr olunmuş görüş keçirilib

21 Aprel, 2026 - 16:53
Qəbələdə memarlıq ənənələrinin təbliğinə həsr olunmuş görüş keçirilib

Aprelin 21-də Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamına əsasən elan edilmiş "Şəhərsalma və Memarlıq İli" çərçivəsində Qəbələ rayon Heydər Əliyev Mərkəzi və Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin birgə təşkilatçılığı ilə "Azərbaycan memarlığı: Tarix, irs və müasirlik" adlı tədbir keçirilib.

"Azərbaycan müəllimi" xəbər verir ki, tədbirdə Qəbələ Rayon İcra Hakimiyyətinin memarlıq-tikinti məsələləri sektorunun böyük məsləhətçisi Arzu Rəsulov, təşkilatçı qurumların əməkdaşları, müəllim və tələbə heyəti iştirak edib.

Tədbir zamanı tələbələr üçün Azərbaycanın klassik memarlıq məktəblərini və müasir konstruksiyaları əks etdirən videoçarx nümayiş olunub, çıxışçılar gənc nəslin milli memarlıq ənənələrinə sahib çıxmasının və bu sahədə peşəkar kadr kimi yetişməsinin vacibliyini qeyd ediblər.

Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb. 