Qəbələdə “Səyyar gənclər xidməti” layihəsinin açılışı olub

7 İyul, 2026 - 11:21
Qəbələdə “Səyyar gənclər xidməti” layihəsinin açılışı olub

Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində Azərbaycan Respublikası Gənclər Fondunun təşkilatçılığı ilə “Səyyar gənclər xidməti” layihəsinin açılış mərasimi keçirilib.

"Azərbaycan müəllimi" xəbər verir ki, "Səyyar gənclər xidməti" 6 iyul-10 iyul tarixlərində Qəbələ gəncləri üçün xidmət göstərəcək.

“Gənclərlə, gənclər üçün” şüarı altında keçirilən layihənin Qəbələdəki açılış mərasimi Dövlət Himninin səsləndirilməsi və ölkəmizin suverenliyi uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. 

Açılış mərasimində Qəbələ Rayon İcra Hakimiyyəti başçısının müavini Ətayə Osmanova, Gənclərin İnkişaf və Karyera Mərkəzinin Baş direktoru Azər Əliyev, Peşə Təhsili üzrə Dövlət Agentliyinin Tərəfdaşlarla iş və kommunikasiya şöbəsinin İctimaiyyətlə əlaqələr sektorunun böyük məsləhətçisi Həvva Gözəlova, Qəbələ Dövlət Peşə Təhsil Mərkəzini direktoru Qalib Nəbiyev və Şəki-Zaqatala Regional Gənclər və İdman İdarəsinin rəisi Ramiz Mahmudov iştirak ediblər. 

Rəsmi çıxışlar zamanı sözügedən layihənin region gənclərinin fərdi və peşəkar inkişafındakı əhəmiyyətindən danışılıb, gənclərin bilik dairəsinin genişləndirilməsi, ictimai fəallığının stimullaşdırılması və dövlət tərəfindən yaradılmış dəstək mexanizmlərinin regionlarda yaşayan gənclərə birbaşa çatdırılması baxımından faydaları vurğulanıb.

Tədbirin açılış hissəsi vətənpərvərlik ruhunda musiqili çıxışlarla yekunlaşıb.

Tədbirin rəsmi hissəsindən sonra qonaqlar və iştirakçılar xidmətin fəaliyyət sahəsi və Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin tələbələrin əl işlərindən ibarət sərgiləri, ustad dərsləri və müxtəlif fəaliyyətləri ilə tanış olublar.