Qəbələdə Türkoloji Qurultayın 100 illiyi qeyd olunub
Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş maarifləndirici tədbir keçirilib.
"Azərbaycan müəllimi" xəbər verir ki, tədbirin əsas məqsədi tələbələrə türk xalqlarının zəngin dil və mədəni irsini tanıtmaq, milli-mədəni dəyərlərimizi qorumağın və gələcək nəsillərə ötürməyin vacibliyini aşılamaq olub.
Tədbir çərçivəsində Mərkəzin ümumtəhsil fənn müəllimi Fatimə Tağıyeva Türkoloji Qurultayın tarixi, elmi və mədəni əhəmiyyəti barədə geniş məlumat verib. Tələbələr tərəfindən maraqlı təqdimatlar nümayiş olunub, həmçinin tədbirin məzmununu əks etdirən videoçarx izlənilib.
Bu kimi təşəbbüslər tələbələrdə milli kimliyə bağlılığı gücləndirməklə yanaşı, onların dünyagörüşünün genişlənməsinə də mühüm töhfə verir.



