Qəbələdə valideyn və tələbələr üçün maarifləndirici görüş təşkil olunub

16 Aprel, 2026 - 12:53
Qəbələdə valideyn və tələbələr üçün maarifləndirici görüş təşkil olunub

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin tabeliyində olan Qəbələ Uşaq və Ailələrə Dəstək Mərkəzi və Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin birgə təşkilatçılığı ilə 16 aprel 2026-cı il tarixində Təhsil Mərkəzində “Uşaqların zərərli vərdişlərdən qorunmasında ailənin rolu” mövzusunda maarifləndirici görüş keçirilib.

"Azərbaycan müəllimi" xəbər verir ki, görüşdə Mərkəzin direktoru Nərmin Cabbarlı, sosial iş üzrə mütəxəssislər Günel Ağayeva və Gülər Cabbarova, Qəbələ Rayon İcra Hakimiyyətinin Uşaq Hüquqlarının Müdafiəsi üzrə Komissiyasının psixoloqu Mələkxanım Ədilova, mərkəzim ekspert qrupunun üzvü Qəbələ Rayon Polis Şöbəsinin Yetkinlik Yaşına Çatmayanlarla Profilaktiki İşin Təşkili Qrupunun inspektoru Şəmsiyyə Nadirli, valideynlər, müəllimlər və tələbələr iştirak ediblər. 

Görüşdə çıxış edənlər mövzu ilə bağlı fikirlərini bölüşərək uşaqların zərərli vərdişlərdən qorunmasında ailənin rolunun vacibliyini vurğulayıb, tətbiq olunan tərbiyə metodları haqqında ətraflı məlumat veriblər. Qeyd olunub ki, əsas məqsəd uşaqları zərərli vərdişlərdən qorumaq, onlarda sağlam həyat tərzi formalaşdırmaq və ailə daxilində düzgün tərbiyə vasitəsilə onların təhlükəsiz və sağlam inkişafını təmin etməkdir.

Çıxışlarda valideynlik bacarıqlarının əhəmiyyəti, uşaqların düzgün tərbiyə olunması, onların psixoloji və emosional inkişafının dəstəklənməsi, ailə daxilində sağlam ünsiyyətin qurulması və müasir dövrün tələblərinə uyğun tərbiyə üsulları barədə geniş məlumat verilib.

Sonda valideynləri maraqlandıran suallar ətraflı şəkildə cavablandırılıb və mövzu ilə əlaqəli maarifləndirmə materialları paylanılıb.