Qəbələdə “Zamanın idarə olunması” mövzusunda təlim keçirilib

19 Yanvar, 2026 - 16:55
Qəbələdə “Zamanın idarə olunması” mövzusunda təlim keçirilib

Qəbələdə gənclər üçün “Zamanın idarə olunması” mövzusunda təlim keçirilib.

"Azərbaycan müəllimi" xəbər verir ki, Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində təşkil olunan təlimdə Mərkəzin karyera xidməti üzrə mütəxəssisi Qızqayıt Yusifli və Qəbələ Uşaq və Ailələrə Dəstək Mərkəzinin direktoru, təlimçi Nərmin Cabbarli tərəfindən gənclərə zaman anlayışı, vaxtın düzgün idarə edilməsi və bu sahədə effektiv mexanizmlər barədə ətraflı məlumat verilib.

Qeyd edək ki, təlim Gənclərin İnkişaf və Karyera Mərkəzinin Dağlıq Şirvan regional nümayəndəliyinin Qəbələ bölməsinin təşkilatçılığı, Qəbələ Dövlət Peşə Təhsil Mərkəzi və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin tabeliyində fəaliyyət göstərən Qəbələ Uşaq və Ailələrə Dəstək Mərkəzinin tərəfdaşlığı ilə həyata keçirilib.