“Qərbi Azərbaycana qayıdış” festivalına qeydiyyat müddəti uzadılıb

20 May, 2026 - 13:04
“Qərbi Azərbaycana qayıdış” festivalına qeydiyyat müddəti uzadılıb

“Qərbi Azərbaycana qayıdış” III festival-konqresinə göstərilən maraq və çoxsaylı müraciətlər nəzərə alınaraq, qeydiyyat və məqalə qəbulu müddəti iyunun 1-dək uzadılıb. 

Naxçıvan Dövlət Universitetindən "Azərbaycan müəllimi"nə bildirilib ki, 01 iyun 2026-cı il tarixindən 10 iyun 2026-cı il tarixinədək “Qərbi Azərbaycana qayıdış” III festival-konqresinin festival hissəsində iştirak etmək istəyən şəxslər üçün rəsmi internet saytında “İŞTİRAKÇI QEYDİYYATI” bölməsi aktiv fəaliyyət göstərəcək. 

Festivalda və ya konqresdə iştirakçı qismində yer almaq istəyən şəxslərdən qeydiyyatdan keçmələri xahiş olunur.