“Qırmızı Ürəklər” təqaüd proqramının müsahibəsinə dəvət olunanların siyahısı AÇIQLANDI
Təhsilin İnkişafı Fondu ilə Qırmızı Ürəklər Fondunun birgə əməkdaşlığı çərçivəsində həyata keçirilən “Qırmızı Ürəklər” Təhsil Təqaüd Proqramı üzrə müsahibə mərhələsinə dəvət olunacaq namizədlərin siyahısı açıqlanıb.
"Azərbaycan müəllimi" xəbər verir ki proqram üzrə ümumilikdə 995 müraciət daxil olub. Seçim meyarlarına uyğun qiymətləndirmə nəticəsində 73 namizəd növbəti mərhələdə iştirak hüququ qazanıb.
Məlumat üçün bildirək ki, həftə ərzində müsahibə mərhələsinə dəvət alan namizədlərlə əlaqə saxlanılacaq.
Siyahı ilə tanış olmaq üçün linkdən istifadə edə bilərsiniz.



