“Qırmızı Ürəklər” təqaüd proqramının qalibləri AÇIQLANDI
Təhsilin İnkişafı Fondu və Qırmızı Ürəklər Fondunun birgə əməkdaşlığı çərçivəsində həyata keçirilən “Qırmızı Ürəklər” Təhsil Təqaüd Proqramı üzrə qaliblərin adları elan olunub.
Bu barədə "Azərbaycan müəllimi"nə Təhsilin İnkişafı Fondundan məlumat verilib.
Qaliblərin siyahısı ilə buradan tanış ola bilərsiniz.
Qeyd edək ki, proqrama ümumilikdə 995 nəfər müraciət edib. İlkin seçim mərhələsində müəyyən edilmiş meyarlara uyğun gələn 73 namizəd müsahibə mərhələsinə dəvət olunub. Müsahibələr zamanı namizədlərin təhsil və karyera hədəfləri, sosial vəziyyəti, eləcə də dərsdənkənar fəaliyyətləri kompleks şəkildə qiymətləndirilib.
Seçim prosesinin bütün mərhələlərini uğurla tamamlayan 20 tələbə “Qırmızı Ürəklər” Təhsil Təqaüd Proqramının qalibi olub. Qaliblərdən 10 nəfər donor şirkətin kvotasına uyğun olaraq informasiya və kommunikasiya texnologiyaları sahəsində təhsil alan tələbələrdir. Digər 10 qalib isə ixtisas məhdudiyyəti tətbiq edilmədən seçilib.


