Qlobal çağırışlar fonunda Azərbaycanın hüquq təhsili modeli müzakirə edilib

6 Fevral, 2026 - 10:13
Qlobal çağırışlar fonunda Azərbaycanın hüquq təhsili modeli müzakirə edilib

Fevralın 5-də "Paşa Holding"in təşkilatçılığı ilə keçirilən "LEGİS Hüquq Forum"u çərçivəsində "Qlobal çağırışlar fonunda Azərbaycanın hüquq təhsili modeli" adlı panel müzakirə təşkil edilib. 

"Azərbaycan müəllimi" xəbər verir ki, ADA Universitetinin Hüquq fakültəsinin dekanı Rəşad İbadovun moderatorluğu ilə baş tutan müzakirədə panelistlər elm və təhsil nazirinin müavini Həsən Həsənli, Vəkillər Kollegiyasının sədri Anar Bağırov, Ədliyyə Akademiyasının rektoru Rövşən İsmayılov, Avropa İnsan Hüquqları Məhkəməsinin hakimi Lətif Hüseynov və Ali Məhkəmənin Mülki kollegiyasının sədri Sənan Hacıyev çıxış ediblər. Panel zamanı hüquq təhsilinin müasirləşdirilməsi, nəzəri və praktiki biliklərin balansı, eləcə də peşəkar və etik dəyərlərə malik hüquqşünasların hazırlanması məsələləri müzakirə olunub. 

Nazir müavini Həsən Həsənli çıxışında qeyd edib ki, yüksək nailiyyətləri olan şagirdlərin təxminən 25 faizi hüquqşünaslıq ixtisasını seçir. 

Nazir müavininin sözlərinə görə, Azərbaycandan son illərdə hüquq təhsili almaq üçün üçün xaricə gedənlərin olduğu müşahidə edilir. Son üç ildə ABŞ və digər ölkələrdəki məşhur hüquq universitetlərinə üz tutan gənclərimiz var. 

Müzakirədə çıxış edən Vəkillər Kollegiyasının sədri Anar Bağırov bildirib ki, Hüquq fakültəsində təhsil alan xanımların sayı bəylərdən çoxdur. Ancaq xanımlar təhsillərini bitirdikdən sonra bu və ya digər səbəblərdən fəaliyyət göstərmirlər. Nəticə etibarilə, fəaliyyət göstərən hüquqşünasların sayı azalır. Hüquqşünas sayında artım olmalıdır. 

Azərbaycan Ədliyyə Akademiyasının rektoru Rövşən İsmayılov çıxışında uzun illər ərzində ölkəmizdə hüquq təhsilinin normativ xarakter daşıdığını, təhsilin normativ aktlar ətrafında formalaşdığını qeyd edib. O bildirib ki, müasir hüquqşünas təkcə qanunları bilməli deyil, onu tətbiq etməyi də bacarmalıdır.

Avropa İnsan Hüquqları Məhkəməsinin hakimi Lətif Hüseynov çıxışında qeyd edib ki, məhkəməyə və hüquq-mühafizə orqanlarına inam varsa, bu da hüquq təhsilinə müsbət təsir edəcək. Müasir hüquqşünas adaptiv hüquqi və tənqidi düşüncəyə malik olmalı, dəyərlərə hörmət etməlidir. 

Ali Məhkəmənin Mülki Kollegiyasının sədri Sənan Hacıyev hüquq təhsilinin iki komponentin vəhdətindən ibarət olduğunu qeyd edib. O bildirib ki, bu təhsil və tərbiyə ilə bağlıdır. Əlavə edib ki, Hüquq fakültələrində mütləq şəkildə mənəvi dəyərlərə diqqət artırılmalıdır. 

Qeyd edək ki, Forumun məqsədi hüquq mütəxəssisləri üçün bilik mübadiləsi aparmaq, əsas qanunvericilik islahatlarını müzakirə etmək və mövcud hüquqi boşluqları dəyərləndirmək üçün dinamik bir platforma yaratmaqdır.