Qlobal istiləşməni 1,5°C-də saxlamaq nə üçün vacibdir?

15 Yanvar, 2025 - 21:45
Qlobal istiləşməni 1,5°C-də saxlamaq nə üçün vacibdir?
Qlobal istiləşməni 1,5°C-də saxlamaq nə üçün vacibdir?

Alimlər qlobal istiləşmənin 1,5°C həddində saxlanılmasını olduqca vacib hesab edirlər.

“Azərbaycan müəllimi” BBC News-a istinadən xəbər verir ki, yeni məlumatlar 2024-cü ilin indiyə qədər qeydə alınan ən isti il olduğunu göstərir.

Xatırladaq ki, 200-dən çox ölkə qlobal istiləşmənin ən zərərli təsirlərini azaltmaq üçün temperatur artımını 1,5°C səviyyəsində saxlamağa razılaşıb. 

Bəs niyə məhz bu rəqəm belə böyük əhəmiyyət daşıyır?

Hər 0,1°C temperatur artımı planet üçün ciddi təhlükələr yaradır. Uzunmüddətli istilik dalğaları, daha güclü tufanlar, meşə yanğınları və digər fəlakətlər ehtimalı artır. 

Tədqiqatlar göstərir ki, dünya 2°C istiləşməyə yaxınlaşdıqca bu təsirlər daha da ağırlaşacaq. Məhz bu səbəbdən alimlər qlobal istiləşməni 1,5°C-də saxlamağı kritik hesab edirlər.

1,5°C və 2°C arasındakı fərqlərTIME for Kids | What is Global Warming?

1,5°C və 2°C qlobal istiləşmə arasında nəticələr çox fərqli ola bilər:

  • Həddindən artıq isti günlər: Orta enliklərdə 1,5°C istiləşmə 3°C istilik artımına səbəb ola biləcəksə, 2°C istiləşmə ilə bu rəqəm 4°C-ə çatacaq;
  • Dəniz səviyyəsinin qalxması: 1,5°C istiləşmə 0,1 metr daha az dəniz səviyyəsi artımı ilə nəticələnəcək. Bu, təxminən 10 milyon insanın daşqınlara məruz qalmasının qarşısını ala bilər;
  • Mərcan rifləri: 1,5°C istiləşmə riflərin 70-90%-ni yox edəcək, lakin 2°C-də bu nisbət 99%-dən çox olacaq.

Paris Sazişi və öhdəliklərThe Paris Agreement state around the world : r/Maps

2015-ci ildə dünya liderləri sənaye inqilabından əvvəlki dövrlə müqayisədə qlobal temperaturun 1,5°C-dən yuxarı qalxmasının qarşısını almağa söz verdilər. Bu məqsədlə Paris Sazişi qəbul edildi və 2016-cı ildə qüvvəyə mindi. 

Sazişin əsas müddəaları isə bunlardır:

  • Temperatur artımını məhdudlaşdırmaq: İqlim dəyişikliyini 2°C-dən "çox aşağıda" saxlamaq və 1,5°C hədəfinə çatmaq üçün davamlı səylər göstərmək;
  • Xalis sıfır emissiya: Bu əsrin ikinci yarısında istixana qazları emissiyasını çıxarılan qazlarla balanslaşdırmaq;
  • Milli hədəflər: Hər bir ölkə öz emissiya azaldılması hədəflərini müəyyən etməli və hər 5 ildən bir bu hədəfləri artırmalıdır;
  • İqlim maliyyəsi: Zəngin ölkələr yoxsul ölkələrə iqlim dəyişikliyinə uyğunlaşmaq və bərpa olunan enerjiyə keçmək üçün maliyyə yardımı etməlidir.

Qeyd edək ki, 1,5°C hədəfi illik deyil, 20 illik orta göstəriciyə əsaslanır. Buna görə də, 2024-cü ilin 1,5°C-dən çox isti olması Paris Sazişi çərçivəsində bu həddin keçildiyi anlamına gəlmir.