Regionlarda sentyabr konfransları keçirilir 

27 Avqust, 2026 - 19:27
Regionlarda sentyabr konfransları keçirilir 

Azərbaycanın bölgələrində Regional Təhsil idarələri üzrə təhsil işçilərinin sentyabr konfransları keçirilir.

"Azərbaycan müəllimi" xəbər verir ki,  Şirvan və Sumqayıt şəhərlərində, Hacıqabul, Biləsuvar, Quba, Şamaxı, İsmayıllı, Ağsu, Qobustan, İmişli və Sabirabad rayonlarında yeni tədris ilinin başlanması ilə əlaqədar təhsil işçilərinin sentyabr konfransı keçirilib.

Konfranslarda müvafiq Regional Təhsil idarələrinin rəhbərliyi, idarənin struktur və bölmə rəhbərləri, rayon icra hakimiyyətinin nümayəndələri, rayon və şəhər təhsil sektorlarının müdirləri və sektor əməkdaşları, məktəbəqədər, ümumi və məktəbdənkənar təhsil müəssisələrinin rəhbərləri, metodistlər və qabaqcıl müəllimlər iştirak ediblər.

Çıxış edənlər ötən tədris ili ərzində təhsil sahəsində görülən işlər, əldə olunan nəticələr və qarşıda duran vəzifələr barədə məlumat verib. Ümumi təhsil müəssisələrində təlim keyfiyyətinin yüksəldilməsinin əsas prioritetlərdən biri olduğu vurğulanıb.

Bildirilib ki, tədrisin keyfiyyətinin artırılması ilə yanaşı, müasir təlim metodlarından səmərəli istifadə, məktəbdaxili idarəetmənin təkmilləşdirilməsi, tərbiyə işinin düzgün təşkili, sağlam və təhlükəsiz təhsil mühitinin formalaşdırılması istiqamətində işlərin daha da gücləndirilməsi vacibdir.

Hesabat zamanı məktəblərin özünüqiymətləndirməsi, dərsdinləmələrin təşkili, məktəb kateqoriyalarının inkişaf dinamikasının təmin edilməsi, SWOT təhlillərinin nəticələri, məktəbdaxili qiymətləndirmənin obyektivliyi, zəif nəticə göstərən şagirdlərlə aparılan məqsədyönlü işlər, müəllimlər arasında əməkdaşlıq və təcrübə mübadiləsinin əhəmiyyəti barədə müzakirələr aparılıb.

Eyni zamanda, IV və VI siniflər üzrə monitorinqlərin nəticələri, IX və XI siniflər üzrə buraxılış imtahanlarının göstəriciləri əvvəlki tədris ili ilə müqayisəli şəkildə təqdim olunub.

Həmçinin rayon və şəhər üzrə məktəbdənkənar təhsil müəssisələrinin fəaliyyəti, məktəbəqədər təhsildə əhatəliliyin kəmiyyət və keyfiyyət göstəriciləri barədə ətraflı məlumat verilib və müzakirələr aparılıb.

Konfransların növbəti günü müvafiq fənlər və qruplar üzrə panel müzakirələri ilə davam etdirilib.