Rektor: Elmə az sayda gənc maraq göstərir

20 İyul, 2026 - 11:04
Rektor: Elmə az sayda gənc maraq göstərir

“1990-cı illərdə elmdə boşluq dövrü yarandı. Universitetlərdə qalıb işləmək istəyən gənclərin sayı azaldı. Halbuki bizə məhz onlar lazım idi. Ona görə də çalışacağıq ki, universitetdə elmin inkişaf etdirilməsi üçün maliyyəni artıraq. 5 il əvvəl bunu düşünə də bilməzdik. Lakin artıq maliyyə var, biz bunu edə bilərik”. 

“Azərbaycan müəllimi” xəbər verir ki, bunu Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) rektoru Gülçöhrə Məmmədova kompleks sistemlərin öyrənilməsi və müxtəlif sahələrdə tətbiqinə həsr olunmuş Beynəlxalq Yay Məktəbinin açılış mərasimində deyib. 

Elmin inkişafına mane olan səbəblərdən danışan rektor elmin maliyyələşdirilməsini, elmi bazanın köhnəlməsini bu sahədəki probləmlərdən hesab edib: 

“Elmə az sayda gənc maraq göstərir. Elm yolunu tutanlara universitetin rəhbərliyi dəstək verir, onlara elmlə məşğul olmaları üçün şərait yaradır. Elmi əməkdaşlarımız böyük nailiyyətlər qazanır. Elmi-tədqiqatın səviyyəsi nəşrlərin sayı ilə ölçülür”.

Foto: Kənan Qafarov