“Rəqəmsal bacarıqlar”a ikinci şans qeydiyyatı başlayır

22 İyun, 2026 - 14:55
“Rəqəmsal bacarıqlar”a ikinci şans qeydiyyatı başlayır

22 iyun – 6 iyul tarixlərində “Rəqəmsal bacarıqlar” təmayüllü 10-cu siniflərə qəbul üzrə ikinci şans imtahanı üçün qeydiyyat mərhələsi başlayır.

"Azərbaycan müəllimi" xəbər verir ki, ilk mərhələdə qeydiyyatdan keçmiş, lakin imtahanda iştirak etməmiş və ya iştirak edib uğurlu nəticə əldə etməmiş şagirdlərin yenidən qeydiyyatdan keçməsinə ehtiyac yoxdur. Onlar ilk qeydiyyat zamanı təqdim edilmiş istifadəçi adı və şifrə ilə şəxsi kabinetlərinə daxil olaraq imtahanda iştirak edə bilərlər.