Rəşad Xanlarov “Google for Education” şirkətinin regional rəhbəri ilə görüşüb

21 Avqust, 2026 - 22:01
Rəşad Xanlarov “Google for Education” şirkətinin regional rəhbəri ilə görüşüb

Böyük Britaniyada Azərbaycanın təhsil üzrə müşaviri Rəşad Xanlarov “Google for Education” şirkətinin regional rəhbəri Anna Artemyeva ilə görüşüb. 

“Azərbaycan Müəllimi” xəbər verir ki, görüş zamanı davam edən əməkdaşlıq, Dünya Təhsil Forumu (Education World Forum) çərçivəsində həyata keçirilən fəaliyyətlərin davamı və gələcəyə hazır təhsil üçün tərəfdaşlığın gələcəkdə daha da gücləndirilməsi imkanları müzakirə olunub.