Rezidenturaya qəbul imtahanında iştirak edəcək namizədlərin NƏZƏRİNƏ!

23 İyun, 2025 - 15:17
Rezidenturaya qəbul imtahanında iştirak edəcək namizədlərin NƏZƏRİNƏ!
Rezidenturaya qəbul imtahanında iştirak edəcək namizədlərin NƏZƏRİNƏ!

Məlum olduğu kimi, rezidenturaya qəbul imtahanının birinci mərhələsinin (baza fənləri üzrə biliklərin qiymətləndirilməsi) ikinci cəhdi iyunun 29-da Bakı və Naxçıvan şəhərlərində keçiriləcək.

Bu barədə Dövlət İmtahan Mərkəzindən “Azərbaycan müəllimi”nə məlumat verilib. Bildirilib ki, namizədlər “İmtahana buraxılış vərəqəsi”ni çap edə bilərlər.

Qeyd edək ki, namizəd imtahana gələrkən şəxsiyyətini təsdiq edən sənədin əslini və “İmtahana buraxılış vərəqəsi”ni mütləq gətirməlidir. Göstərilən sənədlərdən hər hansı biri olmazsa və ya sənədlər arasında uyğunsuzluq olarsa, namizəd imtahana buraxılmayacaq. 

Qeyd edək ki, imtahan saat 10:00-da başlanır. 09:45-dən sonra gələn iştirakçılar imtahan binasına buraxılmırlar.