RFO-nun rayon (şəhər) mərhələsinin nəticələri AÇIQLANDI
18 yanvar tarixində keçirilən Respublika Fənn Olimpiadalarının rayon (şəhər) mərhələsinin nəticələri açıqlanıb.
"Azərbaycan müəllimi" xəbər verir ki, şagirdlər nəticələri ilə www.portal.edu.az saytındakı şəxsi kabinetləri vasitəsilə tanış ola bilərlər.
Respublika Fənn Olimpiadalarının rayon (şəhər) mərhələsinin nəticələri ilə bağlı ərizələr 3 iş günü ərzində (5 fevral 17:00-a qədər) qəbul edilir. Müraciətlər office@arti.edu.az elektron ünvanına yazılı şəkildə göndərilməlidir.
Olimpiadaların təşkil edilməsində məqsəd istedadlı uşaqların aşkar edilməsi, şagirdlərdə fənlərə olan marağın artırılması, onların sağlam rəqabət mühitində öz bilik və bacarıqlarını nümayiş etdirmələrinə imkan yaratmaqdır.
Respublika Fənn Olimpiadalarının Təşkilat Komitəsinin qərarına əsasən, hər bir sinif və hər bir fənn üzrə iştirakçıların ən yüksək nəticə göstərən 20%-i yarımfinal mərhələsində iştirak hüququ qazanıb.
Respublika Fənn Olimpiadalarının respublika mərhələsinin yarımfinal turu ilə bağlı məlumatlar tezliklə paylaşılacaq.
-
NübarMusayeva24 gün əvvəlCavablaLike (0) -
Nesirov UzeyirBaki sabuncu26 gün əvvəlCavablaLike (0) -
Nesirov UzeyirBaki26 gün əvvəlCavablaLike (0) -
XediceCavablarr28 gün əvvəlCavablaLike (0) -
MelekAz dili ədəbiyyat şansima tam bal yığmışam 🤣30 gün əvvəlCavablaLike (0) -
YağmurNə qədər30 gün əvvəlCavablaLike (0)



