Riyaziyyat fənnindən yuxarı yaş qrupu üzrə seçmə imtahanının nəticələri elan edilib

9 Oktyabr, 2024 - 17:35

28 sentyabrda Bakı şəhəri Fizika riyaziyyat və informatika təmayüllü liseydə keçirilmiş Riyaziyyat fənnindən yuxarı yaş qrupu üzrə beynəlxalq olimpiadalara seçmə imtahanında uğur qazanmış şagirdlərin adları artıq məlumdur.

Təhsil İnstitutundan “Azərbaycan müəllimi”nə verilən məlumata görə, seçmə imtahanın sualları və qiymətləndirmə meyarları, eləcə də nəticələr əlavədə verilib. Nəticələrə əsasən 10 və daha yüksək bal toplamış şagirdlər dərslərə dəvət olunurlar.

Seçmə imtahanın sualları və qiymətləndirmə meyarları, eləcə də nəticələrlə tanış olmaq üçün müvafiq keçidlərə daxil ola bilərsiniz:

Nəticələr

Qiymətləndirmə meyarları