Rüfət Əzizov: “ADNSU alimlərinin məqalələrinə istinadların sayı 10 dəfə artıb”
“Son illərdə ADNSU alimlərinin nüfuzlu jurnallarda dərc olunmuş məqalələrinin sayı 5 dəfə artıb”.
“Azərbaycan müəllimi” xəbər verir ki, bunu Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru Rüfət Əzizov "Macro Frontiers 2025" Makromolekulyar Birləşmələr üzrə 3-cü beynəlxalq konfransda deyib.
Rektor əlavə edib ki, məqalələrin keyfiyyəti də yaxşılaşıb. ADNSU alimlərinin məqalələrinə olan istinadların sayı da son illərdə 10 dəfə artıb.
Rüfət Əzizov vurğulayıb ki, elmi publikasiya sahəsində müşahidə olunan uğurlar tədqiqat universiteti olmağa çalışan ali məktəbin hansı yolda olduğunu göstərir. O əminliklə bildirib ki, beynəlxalq konfransa təqdim olunacaq elmi məqalələr yüksək impakt faktorlu jurnallarda dərc olunacaq.



