Rusiyada məktəblilər qazdan zəhərləndilər

6 May, 2026 - 17:07
Rusiyada məktəblilər qazdan zəhərləndilər

Rusiyanın Omsk vilayətinin Tara şəhərində qaz sızması nəticəsində məktəblilər zəhərləniblər. 

"Azərbaycan müəllimi" Rusiya KİV-ə istinadən xəbər verir ki, hadisə qaz kəmərində aparılan təzyiq yoxlaması zamanı baş verib.

Məlumata görə, qazın qoxusu yaxınlıqda yerləşən informatika klubuna qədər yayılıb. Həmin vaxt ekskursiyada olan Tara şəhəri 3 nömrəli məktəbin şagirdləri özlərini pis hiss ediblər. Nəticədə 14 şagird və bir müəllim tibbi yardıma müraciət edib. Onlardan 7-si ilkin tibbi müdaxilədən sonra evə buraxılıb.

Vilayət rəhbərliyi bildirib ki, uşaqlar dərhal təxliyə olunub, onların həyat və sağlamlığına təhlükə yoxdur.

Hadisə ilə bağlı prokurorluq tərəfindən araşdırma başlanılıb.