Rusiyada texnikumda silahlı insident baş verib
Rusiyanın Anapa şəhərində texnikumların birində silahlı insident baş verib.
"Azərbaycan müəllimi" Rusiya KİV-ə istinadən xəbər verir ki, təhsil müəssisəsinin tələbəsi binanın giriş hissəsində atəş açıb.
Hadisə nəticəsində mühafizəçinin həlak olduğu bildirilir. İlkin məlumata əsasən, yaralananlar da var və onlara tibbi yardım göstərilir. Hücumu törətməkdə şübhəli bilinən şəxs saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.



